RU

Azərbaycanda qəzada pakistanlılar xəsarət aldı

Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

İki maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb. Onlar 1991-ci il təvəllüdlü Tarig Rasul, 1986-cı il təvəllüdlü Qayyum Abdul Mahammadhəsən,1987-ci il təvəllüdlü Şərif İmran Muhammud Ramazan və 1995-ci il təvəllüdlü Əli Niyaz Əlişirxandır.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
20
heftelik.az

1Источники