Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Qarşılaşmaların hamısı bərabərliklə yekunlaşıb. Belə ki, altı qolun qeydə alındığı “Leqanes” – “Alaves” matçında qalib müəyyənləşməyib.
Səfərdə “Osasuna” ilə qarşılaşan “Real” itkisi ilə üzləşib. Madridin digər təmsilçisi “Atletiko” da “Selta” ilə ev oyununda oxşar nəticəyə imza atıb. “Vilyarreal” – “Valensiya” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
24-cü turun qalan görüşləri fevralın 16-da və 17-də keçiriləcək.
İspaniya, La Liqa
24-cü tur
14 fevral
Jirona – Xetafe 1:2
Qollar: Y.Errera, 54 – Uçe, 3; Mayoral, 62.
15 fevral
Leqanes – Alaves 3:3
Qollar: Raba, 10-pen; 37-pen. Əl-Haddadi, 88 – K.Qarsiya, 25. J.Hordan, 50-pen; 68.
Osasuna – Real 1:1
Qollar: Budimir, 58-pen – Mbappe, 15.
Atletiko – Selta 1:1
Qollar: Sörlot, 81 – Aspas, 68-pen.
Vilyarreal – Valensiya 1:1
Qollar: Qeye, 32 – U.Sadiq, 84.
16 fevral
17:00. Espanyol – Atletik
19:15. Valyadolid – Sevilya
21:30. Malyorka – Las Palmas
00:00. Betis – Real Sosyedad
17 fevral
00:00. Barselona – Rayo Valyekano