09:18 16.02.2025
09:18 16.02.2025
Gəncə sakini özünü yandırmağa cəhd edib.
Mynews.az xəbər verir ki, bu gün Gəncədə 41 yaşlı E. Ələkbərov özünü yandırmağa cəhd edib.
Yaxınları hadisənin qarşısını alıb. O, xəstəxanalardan birinə yerləşdirilib. E.Ələkbərovun hər iki ayağında yanıq xəsarətləri var.
Hadisənin səbəbi açıqlanmır.
Qeyd edək ki, E.Ələkbərov daha öncə də bənzər addım atıb.