Kiçik çillənin ömrü qısa olsa da qışın ən sərt günləri bu dövrə təsadüf edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu ilin qış fəsli Şimal-Qərb bölgəsində tamam başqa ab-havada davam edir. Böyük Qafqazın cənub yamacları boyunca uzanan bölgənin yüksək dağlıq ərazilərində qar yağsa da hələlik dağətəyi və aranda qardan əsər-əlamət yoxdur.
Füsunkar təbiətə malik bölgə rayonlarında bulaq və şəlalərlər yayda bir gözləllik yaradırsa, qışın bu günlərində tamam başqa olur.
İstirahət günlərini soyuğa-qara baxmadan burada keçirən, təbiətin min bir gözəlliyindən zövq almaq istəyənlər də az deyil. Bu mənada Şahdağ Milli Parkının Oğuz rayon ərazisinə düşən hissəsində istirahət etmək, gəzib-görüb bu gözəlliyi yaşamaq istəyənlər olsa Baş Daşağıl kəndinə, yaxud Oğuz şəhərindən dağlara doğru getməyi unutmasınlar.
Burada əsl qış yaşanır, gecələr mənfi 10-12 dərəcə, bəzən daha çox olur ki, nəticədə bulaqlar, şəlalələr donur. Fərqli bir təbiət yaşanır.
Tural Rasimoğlu, Bizim.Media, Şiaml-Qərb bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта