Malidə qeyri-leqal fəaliyyət göstərən qızıl şaxtasında uçqun olub.
Redaktor.az-ın France-Presse-yə istinadən verdiyi xəbərə görə, şənbə günü baş verən uçqun nəticəsində ən azı 48 nəfər ölüb.
Hadisə əvvəllər Çin şirkətinin istismar etdiyi şaxtanın üst qismində baş verib.
Ölənlərin əksəriyyəti qadındır.