Avropa ölkələri Rusiyanın təhdidlərinə cavab olaraq vahid ordu yaratmayacaq.
Axar.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
“Əgər bununla milli orduların birləşməsini nəzərdə tutursunuzsa, bu, baş verməyəcək. Amma mən Avropanın, Avropa Birliyinin özünün müdafiə qabiliyyətini inkişaf etdirməsinin tərəfdarı idim”, - Sikorski bildirib.
Onun sözlərinə görə, AB hazırda gücləndirilmiş briqada formalaşdırır.