RU

Faiz dərəcələri və məbləğlər

Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə xarici valyutada cəlb olunmuş əmanətlər 4,9 milyard manat təşkil edib.

News24.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, əmanətlər üzrə orta faiz dərəcəsi 1,79% olub. Bu əmanətlərin 1,9 milyard manatı tələbli əmanətlərdən ibarət olub və onların orta faiz dərəcəsi 0,02%-dir. 3 milyard manatdan çox olan müddətli əmanətlərin orta faiz dərəcəsi isə 2,90% təşkil edib.

Məlumata əsasən, ölkə üzrə xarici valyutada cəlb olunmuş əmanətlərin ən böyük hissəsi - 4,7 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb. Bu əmanətlər üzrə orta faiz dərəcəsi 1,79%-ə bərabər olub.

Dövr ərzində regionlar arasında bankda manatla əmanətləri olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikinci yerdə qərarlaşıb. Burada yaşayan əhalinin banklarda 1,69% faiz dərəcəsi ilə 91,7 milyon manat pulu yerləşir.

Üçüncü yerdə isə 25,9 milyon manat əmanət cəlb edən Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Buradakı əmanətlərin orta faiz dərəcəsi 2,10% təşkil edib.

Ən az əmanət (16 min manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayonda əmanətlərin orta faiz dərəcəsi 3,43% olub ki, bu da digər iqtisadi rayonlar arasında ən yüksək göstəricidir.




Избранный
5
1
news24.az

3Источники