“Mançester Yunayted”in hücumçusu Amad Diallo məşq zamanı topuq əzələsindən zədə alıb.
Msport.az xəbər verir ki, bu səbəbdən 22 yaşlı forvard mövsümün qalan hissəsini buraxa bilər.
Bunu Fil Dişi Sahili millisinin üzvü özü açıqlayıb: “Bu mesajı mövsümün belə həlledici məqamında yazdığım üçün çox məyus oldum. Təəssüf ki, zədəmlə əlaqədar bir müddət evdə qalacağam. Həmişəkindən daha güclü qayıdacağam. Bizi qarşıda hələ çox oyunlar gözləyir”.
Qeyd edək ki, 2021-ci ildən “Mançester Yunayted”də çıxış edən Amad Diallonun müqavilə müddəti 2030-cu ilə qədərdir.