RU

Məşhur idmançının burnu yenə sındı - FOTO

Orta çəkidə keçmiş UFC çempionu (84 kq-a qədər) amerikalı Şon Striklend yenə burnunu sındırıb.

Publika.az xəbər verir ki, idmançı bu dəfə snoubord sürərkən burnunun sındığını bildirib.

Xatırladaq ki, amerikalı idmançı fevralın 9-da Sidneydə (Avstraliya) UFC 312 turnirində baş tutan sonuncu döyüşündə orta çəkidə UFC çempionu, cənubi afrikalı Drikus dyu Plessislə üz-üzə gəlib. Döyüş bütün beş raund davam edib və hakimlərin yekdil qərarı ilə cənubi afrikalı döyüşçünün qələbəsi ilə yekunlaşıb. Döyüşdən sonra amerikalı burnunun 6 yerindən qırıldığını etiraf etmişdi.

Избранный
20
publika.az

1Источники