RU

“Neftçi” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının 23-cü turunda “Qarabağ”la matçın hazırlığını yekunlaşdırıb.

İdman.biz xəbər verir ki, bu barədə “Ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Bakı klubu “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo “Qarabağ”la görüşü buraxacaqlar

Qeyd edək ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlanacaq.

İdman.biz

Избранный
22
16
idman.biz

10Источники