RU

"Trabzonspor" erməni futbolçu transfer edəcək? – Klubdan açıqlama

Rusiya mətbuatı Ermənistan millisinin futbolçusu Eduard Spertsyanın “Trabzonspor”a keçəcəyini iddia edirdi.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi bu iddiaların əsassız olduğunu açıqlayıb.

Klubun vitse-prezidenti İbrahim Şahinkaya erməni futbolçu ilə maraqlanmadıqları qısa olaraq bu cür ifadə edib: “Biz Spertsyana görə danışıq aparmamışıq”.

Ermənistan millisinin aparıcı üzvü “Krasnodar”ın yetirməsidir və bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

saytlarin hazirlanmasi

Избранный
21
2
sportal.az

3Источники