"Mançester Yunayted" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən Amad Diallo zədələnib.
Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
Futbolçunun İngiltərə Premyer Liqası çərçivəsində "Tottenhem"lə keçirəcəkləri matçın məşq prosesində ayaq biləyindən zədələndiyi bildirilib.
Qeyd edək ki, 22 yaşlı vinger bu mövsüm "Yunayted"in heyətində çıxış etdiyi 36 rəsmi matçda 9 qol, 7 assistlə yadda qalıb.
"Çelsi"nin Osimhen planı
"Fənərbaxça"nın borcu açıqlanıb
Poqba MLS klubu ilə danışıqlar aparır
"Bavariya" və "Çelsi" "Atletiko"nun futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır
"Qalatasaray"ın yeni transferi zədələndi