Xaçmazda avtomobil ağaca çırpılıb.
“Qafqazinfo”nun məlumatına görə hadisə Xudat - Qusar avtomobil yolunun Xaçmaz rayon Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq qoz ağacına çırpılıb.
Nəticə sürücü aldığı agır nədən xəsarətlərdən dünyasını dəyişib.
Avtomobildə olan sərnişin Qusar rayon sakini Gülnar Hüseynova isə, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mübariz Muradov