Misli Premyer Liqasının bu gün keçirilən “Neftçi” - “Qarabağ” oyununda mövsümün azarkeş rekordu qeydə alınıb.
QOL.az xəbər verir ki, bugünkü matçı “Neftçi Arena”da 9355 tamaşaçı izləyib.
2024/25 mövsümü Azərbaycan çempionatı və kubokunun heç bir matçına bu qədər azarkeş gəlməyib.
Xatırladaq ki, oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.