Rusiya mətbuatı Ermənistan millisinin futbolçusu Eduard Spertsyanın “Trabzonspor”a keçəcəyini iddia edirdi.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi bu iddiaların əsassız olduğunu açıqlayıb.
Klubun vitse-prezidenti İbrahim Şahinkaya erməni futbolçu ilə maraqlanmadıqları qısa olaraq bu cür ifadə edib: “Biz Spertsyana görə danışıq aparmamışıq”.
Ermənistan millisinin aparıcı üzvü “Krasnodar”ın yetirməsidir və bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта