Misli Premyer Liqasında Azərbaycan derbisi baş tutub.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" səfərdə "Neftçi"yə qalib gəlib. "Ağ-qaralar"ın baş məşqçisi Samir Abasov mətbuat konfrnansında iştirak edib. O, bunları deyib: 

"Oyuna yaxşı başlamışdıq. Futbolçuları matça hazırlamaq rahat idi. Başa düşürdülər ki, vacib oyundur. Fanatlar da yaxşı atmosfer yaratmışdı. Biz də bunları bilərək yaxşı oyuna başladıq. Uzun müddət idi, “Qarabağ”a qarşı belə oynamamışdıq. Dəyişikliklər həmişə uğurlu olmaya bilər. Ötən oyunda Emil Səfərovla Ramil Şeydayevi meydana buraxdıq, qollar vurdular. Bu gün isə alınmadı. Komandanı götürdüyüm anda neçənci yerdə olduğu yadınızdadır? Komandaya kubok qazandırmağı çox istəyirik. Məqsədim futbolçulara bu istəyi aşılamaqdır. Hər oyuna son matç kimi çıxmaq lazımdır. Yaxşı əhvaldayıq. Bu vaxta kimi ruhsuz, istəksiz oynayırdılar. Bunu aradan qaldırmağa çalışırıq. “Neftçi”nin adına avrokuboklar yaraşır. Bir şeyə söz verirəm ki, əlimizdən gələni edəcəyik".