RU

"Kazbegi"nin qurucusu vəfat etdi

Tanınmış gürcü iş adamı Qoqi Topadze 85 yaşında dünyasını dəyişib.


News365.az xəbər verir ki, bu barədə Gürcüstan mediasının məlumatında deyilir.


Qeyd edilir ki, 1994-cü ildə Topadze “Kazbegi” pivə istehsalı şirkətini təsis edib.


2000-ci ildən Topadze şərabçılıq, pivə istehsalı, sərinləşdirici içkilər, siqaret, ağac emalı və restoran biznesi sahələrində bir neçə onlarla müəssisəni birləşdirən “ASC Kazbegi”nin prezidenti olub.


1997 və 1998-ci illərdə Topadze "İlin ən yaxşı iş adamı" adına layiq görülüb. 1996-2009-cu illərdə Gürcüstan Qış İdmanı Federasiyasının prezidenti olub. 1999-cu ildə Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib.

Избранный
79
3
news365.az

10Источники