Yol qəzasında aldığı zədə səbəbindən “Dakar” rallisinin dördqat qalibi Matye Bomelin ayağı amputasiya ediləcək.
Heftelik.az-ın xəbərinə görə, Matye Bomel bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Yanvarın 28-də Monte-Karlo rallisi zamanı Bomel avtomobildə yaranan nasazlığı düzəltmək üçün yolun kənarında dayanıb. Bu zaman digər avtomobil onu vurub.
Qeyd edək ki, 49 yaşlı fransalı Bomel 2015, 2019, 2022 və 2023-cü illərdə “Dakar” rallisinin qalibi olub. O, qətərli Nasser əl-Attiyahın şturmanı olub.