RU

A Seriyası: "Yuventus" - "İnter" matçının qalibi bəlli oldu

İtaliya A Seriyasının 25-ci turunun ən maraqlı qarşılaşmalarından biri Turində baş tutub.

hakimiyyet.az xəbər verir ki, "Yuventus"la "İnter"in qarşılaşması meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 74-cü dəqiqədə "qoca sinyora"nın hücumçusu Konseysau vurub.

Beləliklə də, keçirilən 25 oyundan sonra "Yuventus" 46 xalla turnir cədvəlində 4-cü yerdədir. "İnter" isə eyni sayda matçdan sonra 54 xalla 2-ci pillədə qərarlaşıb.

A Seriyasına 56 xalla "Napoli" başçılıq edir.

Избранный
88
1
hakimiyyet.az

10Источники