Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
Günün bütün görüşləri qonaqların qələbəsiylə yekunlaşıb. Belə ki, “Monpelye” evdə Lion “Olimpik”inə böyük hesabla uduzub. “Havr” doğma meydanda “Nitsa”ya, “Lans” “Strasburq”a, “Reyms” “Anje”yə, “Renn” isə “Lill”ə məğlub olub.
Beləliklə, cari mövsümün geridə qalmış 22 turundan sonra 56 xal toplamış PSJ vahid liderdir. Marsel “Olimpik”i 46 xalla ikinci pillədə qərarlaşıb. “Nitsa” və “Monako” 40, “Lill” 38, Lion “Olimpik”i 36, “Strasburq” və “Lans” 33, “Brest” 32 xal toplayıblar.
Fransa, Liqa 1
22-ci tur
14 fevral
Brest – Oser 2:2
Qollar: Ndiaye, 60. Ayorke, 79 – Perrin, 18; 74.
15 fevral
Olimpik (Marsel) – Sent Etyen 5:1
Qollar: Quiri, 27; 60. Qrinvud, 50-pen. Murilyo, 58. Rabyo, 77 – Stassin, 79.
Monako – Nant 7:1
Qollar: Bieret, 44; 54; 64-pen. Minamino, 45. Ben Seqir, 49. İlenixena, 81; 90+5 – Abline, 4.
Tuluza – PSJ 0:1
Qol: F.Ruis, 52.
16 fevral
Monpelye – Olimpik (Lion) 1:4
Qollar: Kulibali, 38 – Mikautadze, 3. Nuama, 50. Tolisso, 53. Lakazette, 73.
Havr – Nitsa 1:3
Qollar: Kexta, 28 – Laborde, 16. Yute Kinkue, 18-öz qapısına. Diop, 90+4.
Lans – Strasburq 0:2
Qollar: Bakva, 81. Emeqa, 90+6.
Reyms – Anje 0:1
Qol: Əl-Melali, 45+1.
Renn – Lill 0:2
Qollar: Bentaleb, 80. Akpom, 86.