RU

MOM-un üç tenderi bir gündə niyə ləğv edilib?

Milli Onkologiya Mərkəzinin bir gündə üç tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, buna səbəb MOM-un tender qaydalarına riyayət etməməsi və qanunvericiliyin bəzi tələblərini pozması olub.

Qeyd edək ki, bu üç tender üçün 3.3 milyon manat vəsait ayrılıbmış. Onun 3 milyon manatına Şüa avadanlığı kompleksinin yerləşdirilməsi üçün xüsusi bunker və köməkçi otaqların tikintisi həyata keçirilməliymiş. 195185 manatına isə Mərkəzin korpuslarında, qazanxana binasında cari təmir işlərini həyata keçirmək niyyətində olublar.

Tibbi tullantıların daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətləri isə 50.320 manata başa gələcəkmiş.

Anti İnhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında qeyd edilir ki, MOM “Dövlət satınalmaları haqqında” qanunun 36.1.6-cı və 36.1.1-ci maddələrinin pozulması olub. 36.1.6-cı maddədə qeyd edilir ki, xərc üçün nəzərədə tutulmuş rəqəmlər reallıqla uyğun gəlmədiyindən satınalmanın maliyyələşdirilməsi dayandırılıb.

36.1.1-ci maddədə isə nəzərədə tutulur ki, təhcizatçı, iştirakçıların sayı 3-dən az olmamalıdır. Görünür, MOM rəhbərliyi qanunun bu tələblərini nəzərə almayıb.

Избранный
19
tribunainfo.az

1Источники