Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Elmir Behbudovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla o, 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, 15 avqust 2024-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Həyat” restoranının yaxınlığındakı dəniz kənarında yerləşən avtomobil dayanacağında qeydə alınıb.
Belə ki, Elmir Behbudov tanışı, zərərçəkmiş Rövşən Həmzəyevlə (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə sərxoş vəziyyətdə olan zərərçəkmiş təqsirləndirilən şəxsə məxsus avtomobili idarə edilməsini təkidlə tələb etməsi olub. Elmir də buna razılıq verməyib. Bu zaman Rövşən Elmirin ünvanına nalayiq sözlər işlədib. Sonra o, zərərçəkmişin sifətindən qəsdən vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Elmir Behbudov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov