Bakı. Trend:
HƏMAS hərəkatı Qəzza zolağının Fələstin Milli Administrasiyasınatəhvil verməyə hazır olduqlarını bəyan edib.
Trend xəbərverir ki, bu barədə “Sky News Arabia” telekanalı mənbələrəistinadən məlumat yayıb.
Telekanal qeyd edir ki, HƏMAS Qahirədə danışıqlar zamanı Misirintəzyiqi ilə qəbul etdiyi qərarını Fələstin Azadlıq Təşkilatınınrəhbərliyinə göndərdiyi məktubda açıqlayıb.
Eyni zamanda, HƏMAS-ın irəli sürdüyü tələblərə görə, onların hərhansı dövlət qulluqçusu yeni administrasiyada yer almalı və pensiyaödənişləri ilə təmin edilməlidir.