RU

"Qayıdış" filminin təqdimat mərasimi keçirilib

Rejissor Elməddin Alıyevin "Qayıdış" filminin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, rejissor Elməddin Alıyevin ekranlaşdırdığıQayıdış sənədli filminin təqdimatı olub.

Filmdə Laçından didərgin düşmüş bir arıçı ailəsinin 30 ildən sonra doğma torpaqlarına dönməsi prosesləri təsvir olunub.

Elməddin Alıyev film haqqında danışarkən qeyd edib ki:

Torpaqlarımız azad olunduqdan sonra Qarabağ mövzusunda bir film çəkmək istəyirdim. Bu əsnada ən səmimi şəkildə yanaşa biləcəyim mövzu öz ailəmin mənə tam bəlli hekayəsi ola bilərdi. Beləcə, bu ideyanı reallaşdımağa qərar verdim.”

Qeyd edək ki, film “Karvan Film Production” tərəfindən istehsal olunub. Rejissoru və ssenari müəllifi Elməddin Alıyev, prodüserləri Elməddin Alıyev və Emil Nəcəfovdur. Layihəyə post-prodakşn mərhələsindəAzərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək verib. İctimai Televiziya isə filmə informasiya dəstəyi göstərib.

Избранный
21
kulis.az

1Источники