RU

Gecikən və sevgi ilə qarşılanan kitablar

14 fevral Beynəlxalq Kitab Bağışlama Günü idi. Bu təşəbbüs ilk dəfə 2012- ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı - "Delightful Childrens Books"un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və tezliklə sosial şəbəkələr vasitəsilə dünyaya yayılıb. Odur ki, hər il 14 fevral uşaqlarda kitablara məhəbbət yaratmaq məqsədilə "Beynəlxalq Kitab Bağışlama Günü"qeyd olunur.

Həmin gün çərçivəsində Bakı şəhərinin Xətai rayonunda (Ağ Şəhərdə) yerləşən  Kaspi Liseyi ümumtəhsil məktəbinin şagirdləri  Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektoru üzrə Cəfərli Fazil Rəhimov adına 2 nömrəli ümumtəhsil məktəbinin şagirdlərinə 4  bağlama (100 nüsxə) kitab göndəriblər. Poçt vasitəsilə gələn kitablar bir neçə gün geciksə də, məktəbin müəllim-şagird kollektivləri tərəfindən böyük sevgi-sevinclə qarşılanıb.

 Nəcib təşəbbüs və dostluq üçün Kaspi Ağ Şəhər Liseyinin müəllim-şagird kollektivlərinə minnətdarlığımızı bildiririk!


Elyanə KƏRİMOVA,
İmişli rayonu Cəfərli kənd F.Rəhimov adına 2 nömrəli ümumtəhsil məktəbinin direktoru




 

Избранный
18
3
modern.az

4Источники