Sosial şəbəkədə yayılan məlumata görə, "Azərlotoreya" sədrinin müşaviri Mikayıl Nəcəfov lotereyada 2.5 milyon manat udub. "Azərlotoreya" ASC-nin mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, yayılan məlumatın heç bir əsası yoxdur: "Heç bir əsası olmayan məlumatdır. Belə bir hadisə baş verməyib. Sosial şəbəkələrdə çox şey yazıla bilər, ona görə həqiqəti aşkar etmək üçün orada yayılan məlumatı araşdırmaq lazımdır. Təşəkkür edirik ki, məlumatı dəqiqləşdirmək üçün müraciət etmisiniz".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31