Bakı. Trend:
Sumqayıt şəhəri və Abşeron rayonunda evlərdən oğurluq edənşəxslər saxlanılıblar.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiməlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən 3 evdənnaqil, təmir alətləri və inşaat materiallarının oğurlanması barədəpolisə məlumatlar daxil olub.
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuş 40 yaşlı E.Ağasiyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Abşeron rayonu ərazisində yerləşən evlərin birindən900 manat dəyərində 3 samovarı oğurlamaqda şübhəli bilinən 28 yaşlıM.Məmmədovun saxlanılması da polis əməkdaşları tərəfindən təminedilib.
Faktla bağlı araşdırmalar aparılır.