RU

Tehranda Xəzər İqtisadi Forumu keçirilir

Bakı, 17 fevral, AZƏRTAC

Bu gün Tehranda Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər İqtisadi Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumda Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstanın nəqliyyat və ticarət qurumlarının rəhbərləri, iş adamları və şirkətlərin təmsilçiləri iştirak edirlər. Forumda nəqliyyat, tranzit, ticarət, bank sahələrində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilir.

Forumun ikinci günü (18 fevral) forum çərçivəsində Xəzəryanı dövlətlərin baş nazirlərinin görüşü planlaşdırılıb.

 

Избранный
72
2
azertag.az

3Источники