RU

İki bağlanmış bankın əmlakları satışa çıxarılır

Fevralın 20-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin və “Bank Standard” QSC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Atabank"a məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,30 kv.metrlik qeyri-yaşayış sahəsindən, eləcə də “Bank Standard”a məxsus dəyəri 2 740 manat olan müxtəlif daşınar əmlaklardan gedir.

"Cebheinfo.az"

Избранный
48
13
cebheinfo.az

10Источники