RU

Navalnının adına mükafat təsis edilib

Mərhum müxalifətçi Aleksey Navalnının xanımı Yuliya Navalnaya ərinin adına mükafat təsis edib. 

“Cebheinfo.az” “Meduza”-ya istinadən yazır ki, mükafat hər il iyunun 4-də, Aleksey Navalnının doğum günündə təqdim olunacaq.

Bu barədə siyasətçinin dul arvadı Berlindəki Kayzer Vilhelm Memorial Kilsəsində onun xatirəsinə həsr olunmuş gecədə bildirib.

Mükafat "ən parlaq yerli təşəbbüsləri" irəli sürən gənc siyasətçilərə veriləcək. Nümunə olaraq, Navalnaya ərinin antikorrupsiya layihələrindən biri olan RosPil-i misal çəkdi.

Mükafat ilk dəfə 2025-ci ildə verilə bilər. “Mənə elə gəlir ki, biz kütləvi təşəbbüslərə diqqət yetirməyi dayandırmışıq. Onlar itib gedirlər, çətinlik çəkirlər və s. Və hər il iyunun 4-də, Alekseyin ad günündə mən bu mükafatı təqdim etmək istəyirəm”, - Navalnaya qeyd edib.

Xatırladaq ki, Kremlin tənqidçisi, tanınmış müxalifətçi Aleksey Navalnı həbsxanada vəfat edib.

2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə koloniyasında məhkum A.A.Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib.

“Təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, bu, müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”, - deyə Rusiya Penitensiar Xidmətinin məlumatda bildirilib.

Избранный
33
cebheinfo.az

1Источники