RU

Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb: Arvadı şübhəli bilinir

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü Namaz Cəfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Aynurə Cəfərova münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Избранный
32
5
cebheinfo.az

10Источники