RU

Ötən il Azərbaycana 2,1 milyard dollarlıq nüvə reaktorları gətirilib

Bakı. Trend:

Ötən il Azərbaycana 2,1 milyard ABŞ dolları dəyərində nüvəreaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, eləcə də,onların hissələri idxal olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 244,6milyon ABŞ dolları və ya 12,8% çoxdur.

Dövr ərzində nüvə reaktorları, qazanlar, avadanlıq və mexanikiqurğular, eləcə də, onların hissələrinin idxalı ölkənin ümumiidxalında 10,24% paya malik olub.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə(180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞ dolları və ya 7%azdır. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dollarıixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Son bir ildə ixrac 7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb,idxal isə 3,8 milyard ABŞ dolları və ya 21,8% artıb. Nəticəetibarilə xarici ticarətdə 5,5 milyard ABŞ dolları həcmində müsbətsaldo yaranıb. Bu da illik müqayisədə üç dəfə azdır.

Избранный
26
1
az.trend.az

2Источники