İspaniyanın xarici işlər naziri Xose Manuel Albares diqqət çəkən açıqlamalar verib. "Reuters"in məlumatına görə, o, bildirib ki, Avropa İttifaqı(Aİ) liderləri Parisdə fövqəladə iclas zamanı Ukrayna üzrə sülh danışıqlarının Rusiyanın təcavüzə görə “mükafatlandırması” ilə başa çatmasının qarşısının alınması yollarını müzakirə edəcəklər.
Siyasətçi qeyd edib ki, Rusiyanın Ukraynadakı hərəkətləri “mükafatlandırıla" bilməz: "Biz başqalarını işğalçılıq müharibələri aparmağa təşviq edə bilmərik. Bu gün mən əminəm ki, Putin Ukraynaya hücum və bombardmanı davam etdirəcək. Ona görə də hazırda üfüqdə sülh görmürəm”, - Albarez bildirib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural