RU

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu tərəfindən qazax neftinin ixracına məhdudiyyət olmadığını bildirib

Astana, 17 fevral, AZƏRTAC

Xəzər Boru Kəməri Konsorsiumundan (CPC) Qazaxıstan nefti üçün heç bir məhdudiyyət yoxdur. Xam neft normal şəkildə qəbul edilir.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyinin məlumatında deyilir.

Xatırladaq ki, 2025-ci il fevralın 17-də Xəzər Boru Kəməri Konsorsiumunun neft nəqli obyekti olan Kropotkinskaya neft nasos stansiyasına PUA hücumu olub.

CPC uzunluğu 1,5 min kilometrdən çox olan magistral boru kəmərinin tikintisi və istismarı üçün yaradılmış, Rusiya, Qazaxıstan və aparıcı qlobal mədən şirkətlərinin iştirakı ilə ən böyük beynəlxalq neft nəqli layihəsidir.

Xəzər Boru Kəməri Konsorsiumu sistemi Qərbi Qazaxıstanın nəhəng yataqlarından, eləcə də Rusiya istehsalçılarından xam neft qəbul edir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
20
1
azertag.az

2Источники