"Dünən axşam Şohey Ono ilə yarışdan sonra yemək yedik". Bunu SİA-ya Azərbaycan millisinin sabiq cüdoçusu Rüstəm Orucov deyib.
O, Bakıda keçirlən "Böyük Dəbilqə" yarışının fəxri qonağı, cüdo üzrə iki qat Olimpiya çempionu Şohey Ono ilə görüşündən söhbət açıb.
O bildirib ki. idmançı ilə xeyli söhbət ediblər: "İlk dəfə idi ki, cüdoçu Azərbaycana gəlirdi. Bildirdi ki, ağlına gəlməyəcək dərəcədə Azərbaycan gözəldir. Yəni o buraları bu qədər gözəl təsəvvür edirmiş. "Böyük Dəbilqə" yarışını da olduqca bəyənib. O burada öz pərətişkarlarını görəndə çox təəccübləndi. Dedi ki, məni Bakıda bu qədər insanın sevdiyini bilmirdim. Bizdə elə məhz bundan sonra düşündük ki, onunla birlikdə Azərbaycanda master klass keçək. Yalnız ikimizin iştirakı ilə yay ayında və ya ilin sonunda master klassı reallaşdırmağı düşünrəm. Fikrimcə, bu addım bütün cüdo sevərləri inanılmaz dərəcədə sevindirər".
Qeyd edək ki, üçqat dünya çempionu olan Ono 73 kq çəkidə mübarizə apardığı Azərbaycan cüdoçuları - Olimpiya çempionu Hidayət Heydərov, gümüş mükafatçı Rüstəm Orucovla da xatirə şəkli çəkdirib.