“Anam efirdə heç vaxt zarafatlar etməyib, çox ciddi olub. Əslində həyatda elədir. İndi də anamdan çəkinirəm, mənə baxanda həyəcanlanıram. Amma xaricə gedəndə tamamilə dəyişir”.
OLAY yazır ki, bu sözləri influenser Aynişan Quliyeva anası, Əməkdar artist Aybəniz Haşımova barədə söyləyib.
“Çox gülməli danışır, yumoru zəngindir. Cavab verə bilmirsən, gülməkdən ağlayırsan. Ciddi durur, amma səni güldürür. Maldiv səfəri səhifəmin ən aktiv dönəmində idi. Şəxsi həyatımla bağlı paylaşımlarım çox baxış yığmamışdı. Amma Maldivdə səhifəm bir həftədə 56 milyon baxış toplamışdı. Rekord idi. Trend statistikası deyildi, insanların axını idi. Hamısı serial kimi izləyirdi ki, anam nə edəcək? Heç mənə baxan yox idi, orada operator vəzifəsini görürdüm. Anam jurnalistlərdən küsüb ki, bütün səhifələr məni paylaşdı, deyir, mən uşağımın səhifəsi üçün çəkirdim. Çox adam elə bilir ki, özüm çəkmirəm, lakin özü istəmədiyi üçün paylaşmıram. Məndən olsa, çəkərəm. Anam çox komikdir, evdə də elə zarafatlar edir ki...”.
