Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, sabah Ər-Riyadda amerikalı nümayəndə heyətilə görüş gözlənilir:
"Görüş Rusiya-ABŞ münasibətlərinin bütün kompleksinin bərpasına, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanması və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq".
Qeyd edək ki, ABŞ-dan Ərəbistana gələn nümayəndə heyətinə Dövlət katibi Marko Rubio rəhbərlik edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31