IDEX-2025 sərgisi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Komitəsinin stendini ziyarət edib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsini məlumat yayıb.
Bildirilib ki, ziyarət zamanı Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün arasında görüş keçirilib.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi, birgə layihələr və gələcək üçün strateji addımlar müzakirə edilib.