RU

Rusiyada "Google"a daha bir cəza

Rusiyada məhkəmə "YouTube"dəki bir videoya girişi bloklamadığı üçün "Google"a 3,8 milyon rubl (təxmini 42 min dollar) pul cəzası təyin edilib.Missiya.Az xəbər verir ki, bu barədə "STAR" məlumat yayıb.

"Google"a qarşı açılan iddiaya Moskvada baxılıb. Belə ki, "YouTube"da rus əsgərlərinə yönəlik "təslim olma üsulları"nı göstərən videoya giriş əngəllənmədiyi üçün qaydaların pozulduğu məhkəmədə bildirilib.

"Google"a daha əvvəl də buna bənzər səbəblərdən pul cəzası təyin edilərək, "YouTube"a giriş bloklanmışdı.

Zərintac MayisqızıMissiya.Az

Избранный
36
missiya.az

1Источники