RU

Arne Slot: “İlk dəfə olaraq özümüzü azacıq itirdik”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 25-ci turunun “Vulverhempton”la ev oyununu (1:0) şərh edib.

Arena.az “Liverpul”un mətbuat xidmətinə istindən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Hamı gördü ki, biz qol buraxdıqdan və hesab 2:1 olduqdan sonra, cari mövsümdə ilk dəfə olaraq özümüzü azacıq itirdik. “Everton”la oyunun (2:2) son dəqiqəsində buraxılmış qoldan sonra, bu, başımızda azacıq oturub. Görünür, bu gün oyunun axırında biz rahatlıq tapdıq, xüsusən də çərşənbə günü baş vermiş həmin hadisədən (“Everton”la 2:2 hesablı oyunda rəqibin son dəqiqlərdə vurduğu qol – redaktorun qeydi) sonra”, deyə Arne Slot bildirib.

25 oyundan 60 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Vulverhempton” isə 19 xalla 17-ci pillədədir.

Избранный
58
arena.az

1Источники