RU

Deputat: "Münxen Konfransı qarşısına qoyduğu əsas məqsədləri yerinə yetirməyib"

"Avropa Ukrayna müharibəsini yenidən qızışdırmağa çalışır, amma ABŞ bundan açıq şəkildə ehtiyat edir və öz mövqeyini bildirir".

"Münxen Təhlükəsizlik Konfransı 1963-cü ildən keçirilir və əsasən xarici siyasət, təhlükəsizlik və müdafiə sahəsindəki məsələlərə həsr olunur. Bu il keçirilən konfransda 800 nəfərin iştirak edib. Bir neçə dövlətin başçıları və nümayəndələri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi. Təbii ki, burada maraq doğuran şəxslərdən ABŞ-nin vitse-prezidenti, Almaniyanın kansleri, Ukraynanın prezidenti Zelenski və NATO-nun baş katibi də iştirak edirdi. Konfransın əsas məqsədi Ukrayna-Rusiya arasındakı müharibəni dayandırmaq, Yaxın Şərqdəki məsələlərə aydınlıq gətirmək və Avropanın təhlükəsizliyi məsələsini müzakirə etmək idi".

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputat Arzu Nağıyev bildirib:

"Konfransın rəhbərliyi bildirib ki, Münxen Təhlükəsizlik Konfransında gözlənilməyən nəticələr əldə edilib. Lakin hər hansı bir istiqamətdə normal razılaşma əldə edilməyib. ABŞ-nin vitse-prezidentinin Avropa ilə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyini açıqlaması çox ciddi təəccüb doğuran məsələlərdən biri oldu. Eyni zamanda Münxen Təhlükəsizlik Konfransında Cənubi Qafqazda münasibətlərin qurulması üzrə danışıqlar aparıldı. Ceyhun Bayramovun bu konfransda müxtəlif ölkələrin xarici işlər nazirləri ilə görüşü böyük əhəmiyyət kəsb edirdi. XİN başçısının Hakan Fidanla olan görüşündə isə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanma prosesləri müzakirə edilib.

Amma bir daha qeyd etmək istəyirəm ki Münxen Konfransı qarşısına qoyduğu əsas məqsədləri yerinə yetirməyib. ABŞ, NATO-nun üzvü olmasına baxmayaraq, Avropa üçün gələcəkdə hər hansı bir kömək etməyi düşünmür. Bu gün Vaşinqton və Avropa arasında çox ciddi narazılıqlar yaranıb. Avropa Ukrayna müharibəsini yenidən qızışdırmağa çalışır, amma ABŞ bundan açıq şəkildə ehtiyat edir və öz mövqeyini bildirir.

Bu problemlər arasında Azərbaycan öz müstəqil daxili və xarici siyasətini yürütməlidir və bu baxımdan da addımlar atılır. Biz müstəqilliyimizi və suverenliyimizi qorumaq, Ermənistanla sülh prosesini imzalamaq və delimitasiya prosesini davam etdirməklə hər bir azərbaycanlının rifahı istiqamətində işimizi görməliyik".

Qeyd edək ki, ötən gün Almaniyanın ev sahibliyi etdiyi 61-ci Münxen Təhlükəsizlik Konfransı öz işini başa vurub. Üç gün davam edən konfransda 60 dövlət və hökumət başçısı, o cümlədən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Kansler Olaf Şolts, ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vens, Dövlət katibi Marko Rubio, eləcə də 100-dən çox nazir iştirak edib. Onlar qlobal xarakter daşıyan problemləri müzakirə edib, gələcək perspektivləri nəzərdən keçiriblər.

Избранный
50
operativmedia.az

1Источники