RU

Azərbaycan yığmasının yeni baş məşqçisi: Hədəfimiz qadın boksunun inkişafına töhfə verməkdir

Bakı, 17 fevral, AZƏRTAC

“Azərbaycan Boks Federasiyası qadın boksuna xüsusi diqqət ayırır. Bizim də hədəfimiz inkişafa töhfə verməkdir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi İlkin Ağayev deyib.

36 yaşlı mütəxəssis yığmanın hədəflərindən söz açıb: “Bildiyiniz kimi, mart ayında qadınlar arasında dünya birinciliyi keçiriləcək. Komandamız bu turnirə hazırlaşır. Məqsədimiz bu yarışdan medallarla ayrılmaqdır. Biz ilkin olaraq Şəki şəhərində fiziki hazırlıq keçdik. Daha sonra Serbiyada beynəlxalq turnirdə iştirak etdik. Boksçularımız orada çox yaxşı mübarizə apardılar. Sonra Bakıya qayıdıb təlim-məşq toplanışına davam etdik”.

Qeyd edək ki, İ.Ağayev boksçu karyerasında yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropa çempionatında finala kimi yüksəlib. Dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi adını qazanan gənc mütəxəssis 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərir. O, son 3 ildə isə məhz qadınlardan ibarət Azərbaycan seçməsində çalışıb.

Избранный
30
azertag.az

1Источники