RU

Gülümsəməklə bağlı yeni kəşf

Gülümsəməklə

Amerikalı alimlər Kaliforniya Universitetindən (İrvayn) ağrı və stressli vəziyyətlərdə gülümsəmənin narahatlıq və gərginliklə mübarizədə kömək etdiyini sübut ediblər. Araşdırma "Journal of Positive Psychology" (JPP) elmi jurnalında dərc olunub.Eksperimentdə 57 tələbə iştirak edib və onlara soyuq suya 2 dəqiqəyə qədər əlini batırmaq tapşırığı verilib. Onların ürək döyüntüsü və üz ifadələri sensorlar və videokameralar vasitəsilə izlənilib. Gülümsəyən iştirakçıların ürək döyüntüsü qeyri-gülümsəyənlərə nisbətən daha aşağı olub (dəqiqədə 7–8 vuruş)."Təbii bir mexanizm olaraq gülümsəmə narahatlığı dəf etməyə kömək edə bilər", - araşdırmanın müəllifi Jazlin H. Lu bildirir.Həmçinin, gülümsəmək ağrı hissini dərhal azaldmasa da, uzun müddət gülümsəyən iştirakçılar tapşırıq bitdikdən sonra daha müsbət emosiyalar hiss etdiklərini bildiriblər.Bu araşdırma üz ifadəsinin emosional vəziyyətə təsir göstərdiyi üz ifadəsi geri bildirişləri hipotezini dəstəkləyir.Səidə

Diqqət Çəkənlər

Azərbaycanlı nazir Serbiyada təltif olundu

İlyas İsmayılov vəfat edib

Zelenski Tramp ilə görüş haqqında

Избранный
36
ulusum.az

1Источники