Bakı, 17 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kəpəz” Tovuzda “Şamaxı”nı qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda hər iki qol ikinci hissədə vurulub. Qonaq komandanın heyətində Brahim Konate 49-cu dəqiqədə penalti qolu ilə hesabı açıb. Meydan sahibləri 54-cü dəqiqədə tarazlığı bərpa edib. Rüfət Abbasov avtoqol müəllifi olub.
Bu nəticədən sonra “Şamaxı” 21 xalla 8-ci, “Kəpəz” 19 xalla 9-cudur.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" səfərdə "Sumqayıt"a 3 cavabsız qolla qalib gəlib, “Turan Tovuz” “Araz-Naxçıvan”ı, “Qarabağ” isə “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. Tura bu gün keçiriləcək “Səbail” – “Sabah” matçı ilə yekun vurulacaq.