Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan xaricə 140,9 milyon kVt/saatelektrik enerjisi ixrac edilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, bu miqdarda elektrik enerjisinin dəyəri 7,8milyon ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 354,2 milyon kVt/saat (3,5 dəfə), dəyərifadəsi ilə 21 milyon ABŞ dolları (3,7 dəfə) azdır. Belə ki,2024-cü ilin yanvarında Azərbaycandan ixrac edilən elektrikenerjisinin həcmi 495 milyon kVt/saat, dəyəri isə 28,7 milyon ABŞdolları olub.
Qeyd edək ki, elektrik enerjisi ixracının ümumi ixracda payı1,56%, qeyri-neft sektoru üzrə ixracda payı 12,95% təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5 milyard 90,8 milyon ABŞ dolları olub.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 104,7milyon ABŞ dolları və ya 70,5% çoxdur. Hesabat dövründə xariciticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da,illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.