RU

NYT Kiyev və Moskva üçün təhlükəsizlik zəmanətləri üzrə ekspert rəyini dərc edib

Sülh danışıqları üzrə ixtisaslaşmış Kembric Universitetinin beynəlxalq hüquq professoru Mark Uellerin başçılıq etdiyi ekspertlər qrupu sülhün bərqərar olduğu təqdirdə Ukrayna və Rusiya üçün hərbi təhlükəsizlik təminatlarının necə görünə biləcəyini təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, ekspertlərin rəyi New York Times qəzetində dərc olunub.

Ueller və onun həmkarlarının təklifi, xüsusən, 7500 nəfərdən ibarət kiçik sülhməramlı qüvvələrin yerləşdirilməsini tələb edir. Onları həm Rusiya, həm də Ukrayna üçün məqbul olan ölkələr formalaşdıracaq.

Razılaşma həmçinin hərbi əməliyyatları bərpa etmək qərarına gələn hər bir ölkəyə dərhal sanksiya tətbiq etməyi nəzərdə tutur. Digər məsələlərlə yanaşı, təklif olunur ki, Ukraynada heç bir xarici qoşun olmamalıdır, lakin Kiyev az sayda xarici texniki personal yerləşdirə bilər.

Ueller hesab edir ki, Ukrayna 250 km-dən çox mənzilli raketlərin istifadəsinə qadağa qoymalıdır. Ölkə NATO-ya yox, Avropa Birliyinə daxil olacağına ümid edə biləcək. Ekspertlər hesab edirlər ki, kompromis qaçılmazdır, çünki Ukraynanın indi “Rusiyanın döyüş meydanındakı son uğurlarını geri qaytarmaq” şansı demək olar ki, yoxdur. Bu o deməkdir ki, istənilən sövdələşmə Kiyev üçün ağrılı güzəştlərə səbəb olacaq.

Избранный
37
nocomment.az

1Источники