RU

Ranyeri: “Parma” ilə oyunda bizə lazım olan 3 xal idi”

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri İtaliya A Seriyasının 25-ci turunun “Parma” ilə səfər oyunundakı qələbəni (1:0) şərh edib.

Arena.az “Tuttomercatoweb” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis həmçinin “canavarlar”ın zədəli futbolçularının vəziyyəti haqda açıqlama verib:

“Mən nəticədən məmnunam, çünki burada çətin olacağını bilirdim. Biz gözəl bir qol vurduq, sonra isə oyunu xətm etmək gərək idi. Biz buna yaxın idik, amma daha artığına müvəffəq ola bilmədik, ancaq mən xoşbəxtəm. Daha üç xal – bu, elə, bizə gərəklisidir”.

İtaliyalı mütəxəssis paytaxt təmsilçisinin yeni transferlərindən də söhbət açıb. Hansı ki, baş məşqçi bu oyunda onlara da oynamaq fürsəti yaradıb:

“Mən əminəm ki, yeni gəlmiş oyunçular bizə kömək edə biləcəklər. Biz Avropa Liqasında irəliləməyə ümidvarıq, ancaq bu, heç də asan olmayacaq. Mənə dəyişmək gərəkdir, onlarla isə hər şey qaydasındadır.

Canluka Mançini topuğundan qüvvətli zərbə alıb. Mənə dedi ki, ehtiyatı gözləmək pis olmazdı. Paulo Dibala ilə də hər şey qaydasındadır. O, cümə axşamı oynayacaq, bu gün isə mən onu təhlükəyə atmaq istəmədim. Dibala dizindən zərbə alıb, amma fəsadsız və ciddi zədələrsiz ötüşüb. Mats Hummels məşq edir, belə görünür ki, artıq bərpa da olub”, deyə Ranyeri bildirib.

Cari mövsümdə keçirdiyi 25 oyunda 37 xal toplamış “Roma” İtaliya A Seriyasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Parma” isə 20 xalla 18-ci pillədədir.

A Seriyasına 56 xalla “Napoli” başçılıq edir.

Избранный
53
arena.az

1Источники