"Beşiktaş" daha bir futbolçusu ilə müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, "qartallar" 2009-cu ildən etibarən "Beşiktaş"ın əsas komandasında forma geyinən Necip Uysal ilə yeni kontrakt bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karyerasını "ağ-qaralar"a həsr edən təcrübəli oyunçunun müqavilə müddəti 2026/27 mövsümünün sonuna qədər uzadılıb.