Azərbaycan Premyer Liqasının XXIII turunun “Səbail” – “Sabah” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Turnir cədvəlində yuxarı pilləyə oynayan komandalara qarşı daha yaxşı oynayırdıq. Cərimə meydançasında 1-2 epizod oldu, dəyərləndirə bilmədik. Süni meydançanın təsiri də oldu. Bu oyunu aktivimizə yaza bilmərik”.
Şahin Cəfərov