Moskva metrosunda bir nəfər sərnişinə hücum edərək onu vəhşicəsinə döyüb.
News24.az bildirir ki, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Hücum edən şəxs tək döyməklə qalmayıb, həm də sərnişinin əşyalarını da oğurlayıb.
Hadisə gecə saatlarında metronun Kitay-Qorod stansiyasında yeraltı keçiddə baş verib və müşahidə kamerasına düşüb. Kadrlarda hücumçunun yoldan keçənə hücum etməsi əks olunub: o, onu bütün bədəni ilə daş səthə atıb, sonra isə ayaqları və əlləri ilə döyüb.
Hücumda şübhəli bilinən şəxs saxlanılıb.
Zəhraxanım Şeydayeva